Mərhələ 1

Şərabçılıqda ilk addım, əlbəttə ki, məhsul yığımıdır. Şərabın dadı bir çox cəhətinə görə üzümün nə zaman və necə yığılmasından asılıdır. Üzüm bağlarımızda hər bir salxım əl ilə yığılır, diqqətlə çeşidlənir və şərablarımızın istehsalı üçün yalnız ən yaxşıları seçilir.

Mərhələ 2

Üzümün ilk emalı – onun salxımlarından ayrılması prosesi “BucherVaslin” – üzümün ilkin emalı üçün avadanlıqlar istehsal edən böyük fransız şirkətinin avadanlıqları ilə təchiz olunmuş zavodumuzda aparılır.

Mərhələ 3

İlk emal prosesindən sonra üzüm əzilərək şirədən ayrılır və preslənmiş üzüm növbəti mərhələyə ötürülür.

Mərhələ 4

“Gəncə Şərab 2” ASC müəssisəsində şərabçılıq avadanlıqları istehsalı sahəsində tanınmış italyan şirkəti “Cadalpe” tərəfindən istehsal olunan istilik dəyişdiriciləri, soyuducu avadanlıqlar, termostatik tənzimləyiciləri və digər avadanlıqlar quraşdırılmışdır.

Mərhələ 5

Daha sonra alınan üzüm şirəsinin fermentasiya prosesi həyata keçirilir. Bu prosesin ən mühüm məqamlarından biri tələb olunan temperaturun saxlanılmasıdır. Fermentasiya prosesində istifadə olunan bütün fermentatorlar termostatik tənzimləyiciləri ilə təchiz olunmuşdur.

Mərhələ 6

Şərab və konyak istehsalının əsas sirlərindən biri – bu içkiyə xüsusi ətirlər və palıd tonlarının hopdurulması üçün onun çəlləklərdə saxlanılıb yetişdirilməsi prosesidir. Çəlləklərin hazırlandığı material böyük əhəmiyyət daşıyır. Biz onları dünyanın ən böyük çəllək istehsal edən fabrikindən – Fransanın “Seguin Moreau” fabrikindən alırıq. Çəlləklərimiz “Haute Futaie” növ fransız palıdından və qafqaz palıdından hazırlanır. Məhz buna görə bizim elit şərab və konyaklarımız məstedici nəfis dadı ilə seçilir və keyfiyyət baxımından dünyanın ən məşhur brendlərindən belə geri qalmır.

Mərhələ 7

Bütün proseslərə mütəxəssislərimiz tərəfindən laboratoriyalarda nəzarət olunur.

Mərhələ 8

Əməkdaşlarımız – ən yüksək dərəcəli mütəxəssislər üzümün qəbulu, emalı, hazırlanması, filtrasiyası və şüşələrə doldurulması kimi hər mərhələdə istehsala nəzarəti həyata keçirir.