Müəssisəmizin tarixçəsi və gələcək planları

Hazırladığımız hər bir şərab şüşəsi təkrarolunmaz buket, indviduallıq, üslub və xarakteri özündə birləşdirir. Hər bir udum ağızda möhtəşəm dad və yeni hiss yaradır. Öz plantasiyalarımızda yetişdirilən, isti günəş şüalarını udan qiymətli üzüm sortları, qədim şərabçılıq ənənələrinin yüksək texnoloji avadanlıqlar ilə mükəmməl kombinasiyası – yüksək keyfiyyətli içkilərin sirri bunda gizlidir. Ümid edirik ki, şərablarımız hazırlandığı sevgi, mərhəmət və ilham mənbəyini sizə də bəxş edəcək.
Hörmətlə, Namiq Məmmədov,
İdarə heyətinin sədri

 

Haqqımızda

Gəncə şərab zavodunun əsası 1984-ci ildə qoyulmuşdur. Zavod 1998-ci ildə tamamilə rekonstruksiya olunmuş və aparıcı Avropa şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunmuşdur. Şirkət rəhbərliyi qarşısına təbii terruar üzüm şərabları, araq və konyakların istehsalında yüksək keyfiyyətə nail olmaq və məşhur şərab istehsalçılarından geri qalmayan, bütün dünyada tanınan şərab istehsal etmək məqsədini qoymuşdur. Qarşıda qət edilməli uzun yol var idi, çünki demək olar ki, sıfırdan – üzüm bağlarının salınmasından başlamaq lazım idi. Məhz buna görə, mütəxəssislər təkcə Azərbaycanın deyil, həmçinin Avropanın şərabçılar və şərab istehsalçılarının çox-əsrlik ənənələrini və təcrübəsini öyrəndilər.

Bu müddət ərzində “Gəncə-Şərab” şirkətinin mütəxəssisləri 400 hektar ərazidə üzüm bağları saldılar. Bu gün bu üzüm bağlarında “Mədrəsə”, “Rkatsiteli”, “Bayan-Şirə” “Cabernet Sauvignon”, “Chardonnay”, “Merlot”, “Pinot”, “Şiraz”, “Saperavi” kimi qiymətli üzüm sortları yetişdirilir. İldən-ilə şirkət istehsal olunan şərab miqdarını artırdı. Müasir avadanlığın sayının çoxluğuna baxmayaraq, zavodun şərab mütəxəssisləri burada yığılmış üzüm məhsulunun xüsusi bunkerlərə yüklənilməsindən hazır olan şərabın barellərdən şüşələrə süzülməsinə kimi bütün prosesə nəzarət edirlər. Bundan əlavə, 2005-ci ildə zavodda seçmə buğdadan Alfa, Luks və Ekstra spirtlərinin retifikasiyasi üçün öz qurğularımız quraşdılırdı. İstehsal olunan arağın istehlakçılar tərəfindən yüksək qiymətləndirilən “yumşağlığı” araq istehsalı zamanı bir neçə dəfə suyun süzgəcdən keçirildiyi “əks osmos” üsulu ilə əldə edilir