Mərhələ1
Konyak tünd spirtli içki olub, quru şərab materiallarının distilləsindən alınmış konyak spirtini uzun müddət çəlləklərdə saxlayıb yetişdirməklə hazırlanır. Distillə zavodumuzda dünya lideri olan “Arnold Holstein” GmbH alman şirkətinin distillə aparatı qurulmuşdur.
Mərhələ 2
Konyak bir içki kimi konyak spirtinin möcüzəvi şəkildə nəfis spirtli içkiyə çevrilmə prosesinin getdiyi polad çəlləklərdə saxlanılması nəticəsində əldə edilən qızılı-kəhrəba rəngli, zərif vanil çalarlı xoş ətri və xarakterik dadı ilə seçilir. Bütün mərhələlərdə xüsusi tempreatur şəraitinin saxlanılmasına ciddi nəzarət edilir, həmçinin otaqda havanın zəruri rütubət nisbəti tənzimlənir. Bütün istehsal müddəti ərzində çəlləklərdə saxlanılan konyak spirtinin orqanoleptik və fiziki-kimyəvi parametrləri müntəzəm olaraq mütəxəssislərimiz tərəfindən yoxlanılır.