Gəncə-Qazax bölgəsində yetişdirilən Bayan Şirə və Rkasiteli üzüm sortlarından 1990-cı ildə hazırlanmış qızılı – kəhraba çalarlı ağ desert şərabı. 28 ildən artıqdır ki, xüsusi çənlərdə saxlanılır. Ərik və karamel tamı ilə fərqlənir. Meyvə, çərəzlər, dondurma və desertlərlə uyğun gəlir. 10-16oC temperaturda içməyiniz məsləhət görülür.Günəş şüaları düşməyən, +5 0C – +20 0C temperaturda və nisbi rütubətlik 85%-dən çox olmayan, yaxşı havalandırılan, kənar qoxusu olmayan şəraitdə saxlanılması tövsiyyə olunur. Saxlama şəraitinə riayət olunarsa, yararlıq müddəti məhdud deyildir. Bioloji aktiv və genetik modifikasiya olunmuş əlavələrdən istifadə olunmamışdır. Enerji dəyərliliyi: 162 kcal/100 ml. Alk. 16% vol , Şək. 120 g/dm3