Kaberne Sovinyon üzüm sortunun əl ilə yığılmış və seçilmiş salxımlarından əvvəlcədən soyudularaq qədim Azərbaycan və Alman (Avropa) klassik texnologiyası əsasında istehsal olunmuş çəhrayı süfrə şərabı. Çəhrayı şərab - incəliyi, qeyri-adiliyi, gözəllik və zərifliyi qiymətləndirən hər kəs üçün təkrar olunmaz içkidir. Parlaq, yetişmiş çiyələk və albalı ətrinə malikdir. Balıq, toyuq yeməkləri, dəniz məhsulları və müxtəlif desertlərlə uyğun gəlir. 8-12 oC temperaturda içməyiniz məsləhət görülür. Günəş şüaları düşməyən, +5 0C – +20 0C temperaturda və nisbi rütubətlik 85%-dən çox olmayan, yaxşı havalandırılan, kənar qoxusu olmayan şəraitdə saxlanılması tövsiyyə olunur. Saxlama şəraitinə riayət olunarsa, yararlıq müddəti məhdud deyildir. Bioloji aktiv və genetik modifikasiya olunmuş əlavələrdən istifadə olunmamışdır.. Enerji dəyərliliyi: 86,00 kkal/100 ml. Alk. 12% vol