Kaberne Sovinyon və Mədrəsə üzüm sortlarının əl ilə yığılan seçilmiş salxımlarından klassik texnologiya əsasında ən müasir avadanlıqlarda istehsal olunmuş və 3 aya qədər palıd çəlləklərdə saxlanılmış tünd yaqut rəngli qırmızı desert şərabı. Qarağat, gavalı və qurudulmuş meyvələrin tamına malikdir. Meyvə, çərəz və yetişmiş pendir növləriilə uyğun gəlir. 14-18oC temperaturda içməyiniz məsləhət görülür. Günəş şüaları düşməyən, +5 0C – +20 0C temperaturda və nisbi rütubətlik 85%-dən çox olmayan,yaxşı havalandırılan, kənar qoxusu olmayan şəraitdə saxlanılması tövsiyyə olunur. Saxlama şəraitinə riayət olunarsa, yararlıq müddəti məhdud deyildir. Bioloji aktiv və genetik modifikasiya olunmuş əlavələrdən istifadə olunmamışdır. Enerji dəyərliliyi: 170 kcal/100 ml.Alk. 16% vol. Şək. 140q/dm3