6 ay polad çəlləklərdə saxlanılmış qırmızı turş süfrə şərabı. Dolğun, xoş, zərif dadı, böyürtkən və qara qarağat çalarlı zəngin ətri ilə fərqlənir. Yaqut çalarlı tünd qırmızı rəngə malikdir. “Gəncə Şərab-2” ASC-nin şəxsi plantasiyalarında yetişdirilən və əl ilə yığılan “Şiraz” və “Merlo” üzüm növlərindən hazırlanmışdır. Spirt: 13 %. Qrildə qızardılmış ət, ədviyyatlı ət yeməkləri və qəlyanaltıları, quş ətindən hazırlanan yeməklər və pendir ilə süfrəyə verildyi zaman öz dadını ideal şəkildə büruzə verir. 16-20⁰С temperaturda istehlak olunması məqsədəuyğundur. Günəş şüaları düşməyən, +5 0C – +20 0C temperaturda və nisbi rütubətlik 85%-dən çox olmayan,yaxşı havalandırılan, kənar qoxusu olmayan şəraitdə saxlanılması tövsiyyə olunur. Saxlama şəraitinə riayət olunarsa, yararlıq müddəti məhdud deyildir. Bioloji aktiv və genetik modifikasiya olunmuş əlavələrdən istifadə olunmamışdır.Enerji dəyərliliyi: 93,04 kkal/100 ml.Alk. 13% vol