Kaberne Sovinyon və Mədrəsə üzüm sortlarının əl ilə yığılmış və seçilmiş salxımlarından xüsusi texnologiya əsasında (lazımi kondisiyaya çatdıqda soyuğun təsiri ilə qıcqırma prosesinin tam dayandırılması vasitəsi ilə) istehsal olunmuş tünd yaqut rəngli qırmızı kəmşirin şərab. Qarağat və gavalı tamına malikdir. Meyvə, çərəz və yumşaq pendirlə uyğun gəlir.14-18 oC temperaturda içməyiniz məsləhət görülür. Günəş şüaları düşməyən, +5 0C – +20 0C temperaturda və nisbi rütubətlik 85%-dən çox olmayan, yaxşı havalandırılan, kənar qoxusu olmayan şəraitdə saxlanılması tövsiyyə olunur. Saxlama şəraitinə riayət olunarsa, yararlıq müddəti məhdud deyildir.Bioloji aktiv və genetik modifikasiya olunmuş əlavələrdən istifadə olunmamışdır.Enerji dəyərliliyi: 96,00 kkal/100 ml.Alk. 12% vol. Şək. 30-40 q/dm3