Bənzərsiz struktura, qara qarağat çalarlı zəngin zərif dada malik qırmızı turş süfrə şərabı. Ənənəvi qırmızı şərab istehsalı texnologiyası əsasında “Mədrəsə” seçmə üzüm növündən hazırlanmışdır. Tünd nar rənginə malikdir. Spirt: 10-12% Ət yeməkləri, qızardılmış ət, ev quşlarından, xüsusilə ov quşlarından hazırlanan yeməklər və dəymiş pendir ilə mükəmməl bir ahəng yaradır. “Qız qalası” şərabı – Beynəlxalq Peşəkar Şərab Dequstasiyası müsabiqəsində üç dəfə qızıl medala layiq görülmüşdür. 16-20⁰С temperaturda istehlak olunması məqsədə uyğundur.