Mədrəsə və Kaberne Sovinyon üzüm sortlarının əl ilə yığılmış və seçilmiş salxımlarından xüsusi texnologiya əsasında (lazımi kondisiyaya çatdıqda soyuğun təsiri ilə qıcqırma prosesinin tam dayandırılması üsulu ilə) istehsal olunmuş tünd yaqut rəngli qırmızı kəmturş şərab. Qarağat və gavalı tamına malikdir. Ət yeməkləri və yumşaq pendirlə uyğun gəlir. 14-18oC temperaturda içməyiniz məsləhət görülür. Günəş şüaları düşməyən, +5 0C – +20 0C temperaturda və nisbi rütubətlik 85%-dən çox olmayan, yaxşı havalandırılan, kənar qoxusu olmayan şəraitdə saxlanılması tövsiyə olunur. Saxlama şəraitinə riayət olunarsa, yararlıq müddəti məhdud deyildir.Bioloji aktiv və genetik modifikasiya olunmuş əlavələrdən istifadə olunmamışdır.Enerji dəyərliliyi: 75,00 kkal/100 ml. Alk. 12% vol . Şək. 7-17g/dm3