Domaine Hillside – xüsusi nəzarət altında yetişdirilmiş Kaberne Sovinyon üzüm sortunun əl ilə yığılmış və seçilmiş salxımlarından qədim Azərbaycan və Alman (Avropa) klassik texnologiyası əsasında istehsal olunmuşdur. 12 ayadək palıd çəlləklərdə saxlanılmış tünd yaqut rəngli bu şərab, Kaberne Sovinyon - “qırmızı şərabların kralı” titulunu özündə qoruyub saxlamaqdadır. Zərif qarağat tamına malikdir .Ov quşları, qırmızı ət yeməkləri və bərk pendir növləri ilə uyğun gəlir.16-20 0C temperaturda içməyiniz məsləhət görülür. Günəş şüaları düşməyən, +5 0C – +20 0C temperaturda və nisbi rütubətlik 85%-dən çox olmayan, yaxşı havalandırılan, kənar qoxusu olmayan şəraitdə saxlanılması tövsiyyə olunur. Saxlama şəraitinə riayət olunarsa, yararlıq müddəti məhdud deyildir.Bioloji aktiv və genetik modifikasiya olunmuş əlavələrdən istifadə olunmamışdır. Enerji dəyərliliyi: 93,04 kkal/100 mlAlk. 13% vol