Ganja Sharab
Geri dön

Hillside Reserve

Domaine Hillside – “Gəncə Şərab-2” şirkətinin  Azərbaycanın qərb bölgəsində Kür çayının sağ sahilindəki Sarı Qamış yamacında yerləşən xüsusi üzümlük sahəsidir.  Münbit  torpağa və bol günəş şüalarına malik bu sahədə xüsusi nəzarət altında yetişdirilmiş Kaberne Sovinyon üzüm sortunun əl ilə yığılmış və seçilmiş salxımlarından qədim Azərbaycan və Alman (Avropa) klassik texnologiyası əsasında Avropa standartlarına uyğun ən müasir avadanlıqlarda istehsal olunmuş, 12 ayadək  palıd çəlləklərdə saxlanılmış  tünd yaqut rəngli bu şərab, Kaberne Sovinyon - “qırmızı şərabların kralıdır” titulunu özündə qoruyub saxlayır.Zərif qarağat tamına malik dolğun şərab .Ov quşları, qırmızı ət yeməkləri və bərk pendir növləri ilə uyğun gəlir.16-20 0C temperaturda içməyiniz məsləhət görülür.Günəş şüaları düşməyən, +5 0C – +20 0C temperaturda və nisbi rütubətlik 85%-dən çox olmayan, yaxşı havalandırılan, kənar qoxusu olmayan şəraitdə saxlanılması tövsiyyə olunur.  Saxlama şəraitinə riayət olunarsa, yararlıq müddəti məhdud deyildir.Bioloji aktiv və genetik modifikasiya olunmuş əlavələrdən istifadə olunmamışdır. Enerji dəyərliliyi: 93,04 kkal/100 mlAlk. 13% vol

Əvvəlki Sonrakı